“Facebook”dan Krıma qarşı sanksiya

“Facebook”dan Krıma qarşı sanksiya

“Facebook” sosial şəbəkəsi Rusiyaya birləşdirilən Krım əleyhinə tətbiq edilən sanksiyalara qoşularaq,   yarımadadakı istifadəçilərin reklam akkauntlarını bloklayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Krımın “baş naziri” Ruslan Balbek bildirib.  

Onun sözlərinə görə, sanksiyalar iyunun 1-dən tətbiq edilməyə başlayıb.

“Biz “Facebook”un qərb siyasətçilərin  qərarlarına dəstək verməsinə təəssüf edirik. Bu tamamilə boş bir aksiyadır, bunun Krım müəssisələrinə heç bir mənfi təsiri olmayacaq”, -deyə Balbek bildirib.

Krımın “baş naziri”  “Facebook”un  bu qərarının yalnız siyasi məna daşıdığını bildirib.

“Facebook”dan başqa “Instagram” sosial şəbəkəsinin də Krıma qarşı analoji sanksiyalar tətbiq etdiyi bildirilir.  

0
37