"Türkiyə gözəli"nə vəzifə verildi

"Türkiyə gözəli"nə vəzifə verildi

2006-cı ildə "Miss Türkiyə" seçilən Seda Sarıbaşa Ədalət və İnkişaf Partiyasında (AKP) vəzifə verilib.

Trend-in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, AKP Qadınlar Təşkilatının Aydın əyaləti üzrə sədri Mediha Turqutun yerinə təyin olunub.

Qeyd edək ki, S.Sarıbaş "Türkiyə gözəli" seçildikdən sonra ailə qurub. İki uşaq anası olan qadının həyat yoldaşı da AKP-də çalışır.

0
17