Ukrayna tezliklə Aİ ilə vizasız rejimə keçəcək

Ukrayna tezliklə Aİ ilə vizasız rejimə keçəcək

Avropa Parlamentinin prezidenti Martin Şults Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı Kiyevin Aİ ilə vizasız rejimin tətbiq olunması üçün tələb olunan bütün şərtləri yerinə yetirdiyini təsdiqləyib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında bildirilir.

“Avropa Parlamentinin prezidenti dövlət başçısını ədalətli konstitusiyada ədalət məhkəməsinə dair dəyişikliklərin edilməsi münasibəti ilə təbrik edib. Martin Şults qeyd edib ki, bu, Ukrayna hökumətinin ümumavropa demokratik islahatlaşdırılma kursuna sadiq olduğunu bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.    

Şults, Avropa Parlamentinin yaxın zamanda vizasız rejimin tətbiqi məsələsi ilə bağlı  müsbət qərar qəbul etməsi istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.

0
18