Bakıda turizm sərgisi keçirilir – FOTO

Bakıda turizm sərgisi keçirilir – FOTO

Sərgi aprelin 9-dək davam edəcək.

Bu gün Bakıda ənənəvi Azərbaycan beynəlxalq "Turizm və səyahətlər" sərgisi (AİTF 2016) keçirilir.

Oxu.Az xəbər verir ki, "AİTF 2016"da 40-dək ölkədən rəngarəng turizm istiqamətlərini təqdim edəcək 200-dən çox şirkət iştirak edib.

Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro və Çexiya "Baku Expo Center"də milli pavilyonlar ilə çıxış ediblər.

AİTF 2016-ya Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də qatılıb.

Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.

Mənbə:
0
19