Eyfel Türkiyə bayrağına bürünəcək

Eyfel Türkiyə bayrağına bürünəcək

Fransanın ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı (Avro-2016) həyəcanı sosial mediada da hiss olunur.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Tvitter" mikrobloqu turnir boyunca heşteq və emojilər üzrə statistika apararaq hər ölkənin sosial mediadakı reytinqini müəyyən edəcək. Sayt açıqlamasında Eyfel qülləsinin həmin ölkənin rənglərinə bürünəcəyini bildirib.

Bu açıqlamanın ardından türkiyəli fanatlar "#TUR" və "#BizBittiDemedenBitmez" heşteqleri ilə 24 saat daxilində çoxlu tvit yazıblar. Nəticədə sutka ərzində atılan tvitlərin 40,4 faizinə sahib olan türklər ilk sırada yer alıb.

Onların ən yaxın rəqibi isə 6,8 faizlə Portuqaliya olub. Bu fərqdən sonra turnir zamanı Eyfel qülləsinin Türkiyənin bayrağındakı ağ və qırmızı rənglərə bürünəcəyi bildirilib.

0
17