Berluskoni ürəyindən əməliyyat olunacaq

Berluskoni ürəyindən əməliyyat olunacaq

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni gələn həftə ürəyindən əməliyyat olunacaq. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Berluskoninin şəxsi həkimi bildirib. Əməliyyat zamanı Berluskoninin ürəyində zədələnmiş aorta qapağı dəyişdiriləcək.

Qeyd edək ki, 4 dəfə İtaliyanın baş naziri olmuş 79 yaşlı Silvio Berluskoni iyunun 7-də xəstəxanaya yerləşdirilib.  

0
12