Pele və Maradona qarşılaşdı, nəticə sülh oldu

Pele və Maradona qarşılaşdı, nəticə sülh oldu

Avropa çempionatının başlamasına saatlar qala Fransada müxtəlif idman və xeyriyyə tədbirləri keçiriləməyə davam edilir. Apasport.az saytının məlumatına görə, belə tədbirlərdən biri də köhnə futbolçuların iştirakı ilə kçirilmiş xeyriyyə matçıdır.

Bir firmanın sponsorluğu ilə keçirilən oyun miniatür meydanda 5:5-ə oynanılıb. Matçın əsas maraqlı tərəfi isə meydana çıxan komandalara dünya futbolunun gəlmiş-getmiş ən böyük iki futbolçusunun başçılıq etməsi olub.

Belə ki, Ancelo Perutsi, David Trezege, Marko Materatsi, Çiro Ferrara və Klarens Zedorfdan ibarət komandaya argentinalı Dieqo Armando Maradona, Dida, Rio Ferdinand, Bebeto, Ernan Krespo və Fernando Yerronun birlikdə çıxış etdiyi komandaya isə braziliyalı Pele başçılıq edib.

İkinci hissəsində Maradonanın da qısa müddət çıxış etdiyi qarşılaşma sülhlə nəticələnib – 8:8.

0
16