Berluskoni ürəyindən əməliyyat olunacaq

Berluskoni ürəyindən əməliyyat olunacaq

Siyasətçinin ürəyində zədələnmiş aorta qapağı dəyişdiriləcək.

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni gələn həftənin ortalarında ürəyindən əməliyyat keçirəcək. 

Oxu.Az xəbər verir ki, bu barədə siyasətçinin şəxsi həkimi Alberto Canqrillo iyunun 9-da xüsusi mətbuat konfransı zamanı bildirib.

Əməliyyat zamanı Berluskoninin ürəyində zədələnmiş aorta qapağı dəyişdiriləcək.

Qeyd edək ki, 4 dəfə İtaliyanın baş naziri olmuş 79 yaşlı Silvio Berluskoni iyunun 7-də xəstəxanaya yerləşdirilib.   

0
8