AÇ-2016: Bəxtsiz Rusiya

AÇ-2016: Bəxtsiz Rusiya

Rusiya millisi Avropa çempionatının başlamasına bir gün qalmış daha bir zədə ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Denis Qluşakov sıradan çıxıb.

Moskva “Spartak”ının üzvünün əzələsində dartılma meydana gəlib. Bu səbəbdən o, bugünkü məşqdə komandadan ayrı olaraq çalışıb.

Artıq onun Rusiya millisinin çempionatdakı ilk matçını, İngiltərəyə qarşı oyunu buraxacağı dəqiqləşib.

Qeyd edək ki, bir neçə gün öncə də digər yarımmüdafiəçi İqor Denisov da zədələnərək sıradan çıxmış və millinin heyətindən kənarlaşdırılmışdı.

0
14