Sürücü yolda şou göstərir - VIDEO

Sürücü yolda şou göstərir - VIDEO

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu əsl təhlükədir.

Sosial şəbəkələrdə yayılan bu görüntülər böyük müzakirələrə səbəb olub. 

Oxu.Az xezerxeber.com-a istinadən bildirir ki, kadrlardan görünür ki, sürücü çox təhlükəli manevr edir. O sükanı buraxaraq sanki şou göstərir.bununla həm özü, həm də ətrafdakılara əsl təhlükə yaradır.

Avtomobil hərəkətdə ola-ola arxa şüşələrindən çölə çıxır. Daha sonra ön qapıdan içəriyə girib sürücü oturacağına əyləşir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu əsl təhlükədir. Qanunvericilikdə sükanı buraxmağa görə sürücülər üçün konkret cəza tədbirləri nəzərdə tutulub

Ehtimal var ki, sürücü avtopilot rejiminə keçərək bu hərəkəti edib. Amma bu belə ona haqq qazandırmır. Çünki avtopilot rejiminin təyinatı tamam başqadır.

0
15