Horadizdə 3 ədəd minaatan mərmisi tapılıb - FOTO

Horadizdə 3 ədəd minaatan mərmisi tapılıb - FOTO

ANAMA məlumat yaydı.

Tərtər və Füzuli rayonlarında partlamamış mərmilər aşkarlanıb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında  bildirilir.

Məlumata görə, iyunun 9-da  Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat-100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb.

Füzuli rayonunun Horadiz şəhərində üç partlamamış hərbi sursat -120 millimetrlik minaatan mərmilər aşkarlanaraq götürülüb. Gün ərzində 5 min 700 kvadratmetr ərazi minalardan təmizlənib. 

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 591 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1513 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.
 
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

0
8