Ermənistana keçən qadının görüntüləri yayıldı - FOTO

Ermənistana keçən qadının görüntüləri yayıldı - FOTO

Kübra Ələkbərova bildirib ki, qızı bir neçə dəfə evdən qaçıb.

İyunun 7-də Ermənistan tərəfə keçdiyi bildirilən Gədəbəy rayonunun Çiçəkli kənd sakini Qətibə Ələkbərova ruhi xəstə olduğu dəqiqləşib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Q. Ələkbərovanın anası Kübra Ələkbərova bildirib ki, qızı bir neçə dəfə evdən qaçıb.

Onun sözlərinə görə, qızı bir neçə gün əvvəl Qazaxda müalicə aldığı xəstəxanaya gedəcəyini deyib.

Ailə üzvlərinin dediyinə görə, Q. Ələkbərovanın Ermənistan tərəfə keçməsi xəbərini rəsmi qurumlardan öyrəniblər. 

Qeyd edək ki, Q. Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda olan xəstəxanada müalicə alarkən dünyasını dəyişib.

9 uşaqlı ailədə böyüyən 1977-ci il təvəllüdlü Q. Ələkbərova təxminən 4 gün əvvəl səhər saatlarında yaşadığı evi tərk edib.

0
19