Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

“Mersedes” və “VAZ 2106” toqquşub.

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. 

Oxu.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Mayis Sadiqov idarə etdiyi “Mersedes” markalı “10 UE 011” dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon Qımır kənd sakini 1991 ci il təvəllüdlü İntiqam Allahverdi oğlu Bəkirovun idarə etdiyi “VAZ 2106” markalı “62 BX 076” dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2106” markalı avtomobildəki sərnişin Zaqatala rayon Qazangül qəsəbə sakini 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır xəsarətlə hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobilin sürücüsü İntiqam Bəkirov və digər sərnişinlər Qazangül qəsəbə sakinləri 1976-cı il təvəllüdlü Sevil Aslan qızı Hacıyeva, 1996-ci il təvəllüdlü Zöhrə Nəzir qızı Hacıyeva və 2003- cü il təvəllüdlü Abdurrahman Nəzir oğlu Hacıyev, “Mersedes” markalı avtomobildə olan sərnişinlər Şəki rayon sakinləri 1964-cu il təvəllüdlü Mədinə Abdulla qızı Mustafayeva və 1993 cu il təvəllüdlü Gülnar Mayis qızı Sadiqova isə aldıqları müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Qeyd edək ki, “VAZ 2106” markalı avtomobildə vəfat edən və yaralananlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

0
60