Bakı-İstanbul təyyarəsi quş dəstəsi ilə toqquşub

Bakı-İstanbul təyyarəsi quş dəstəsi ilə toqquşub

HavaYolları" (AZAL) QSC-nin həyata keçirdiyi Bakı-İstanbul reysi gecikir.

Bu barədə “APA-Economics”ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, gecikməyə səbəb təyyarənin havaya qalxarkən quş dəstəsi ilə toqquşması olub: “Toqquşma uçuş-eniş zolağında baş verib və gəmi komandiri təlimata uyğun olaraq, uçuşu dayandırmaq barədə qərar qəbul edib”.

AZAL rəsmisi bildirib ki, hazırda təyyarəyə texniki baxış keçirilir: “Gün ərzindən Bakıdan İstanbula iki reys həyata keçirilir. Qərara alınıb ki, iki reysi birləşdirib bir böyük təyyarə ilə uçuş həyata keçirilsin”.

Quş dəstəsi ilə toqquşan təyyarənin nə vaxt reysə çıxacağına gəlincə, P. Kəsəmənski bildirib ki, buna təyyarənin tam saz vəziyyətdə olmasına dair təsdiq alındıqdan sonra qərar veriləcək.

Qeyd edək ki, Bakı-İstanbul reysi Bakı vaxtı ilə saat 16:35-də planlaşdırılmışdı.

0
25