Prezident Azərbaycan–Fransız Universiteti layihəsi ilə bağlı sərəncam imzalayıb

Prezident Azərbaycan–Fransız Universiteti layihəsi ilə bağlı sərəncam imzalayıb

Nazirlər Kabinetinə göstəriş verildi.

Azərbaycan Prezidenti İlham Əliyev “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.

Oxu.Az  xəbər verir ki, sərəncama əsasən,  UFAZ layihəsinə cəlb edilən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilir.

Sərəncama əsasən, UFAZ layihəsinə cəlb olunan Azərbaycan Respublikası ali təhsil müəssisələri:

1. tətbiq etdikləri Fransa Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər;

2. maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Verilən sərəncama görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etmək,  UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

0
50