İTV “İdman Azərbaycan”dan şərhçi dəvət edib - AÇIQLAMA

İTV “İdman Azərbaycan”dan şərhçi dəvət edib - AÇIQLAMA


İyunun 10-dan İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol üzrə Avropa Çempionatının yayımına start verir.


İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata əsasən, qitə birinciliyinin ilk oyunu Bakı vaxtilə saat 23:00-da göstəriləcək. Futbol azarkeşlərinin bu möhtəşəm oyuna böyük marağını nəzərə alan şirkət rəhbərliyi bu sahə üzrə ixtisaslaşmış “İdman Azərbaycan” kanalının pesəkar mütəxəssislərini də İTV-nin icmalçıları ilə birgə oyunları şərh etməyə dəvət edib.


Qurumdan verilən məlumatda bildirilir ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur: “Bunun bəzi saytların iddia etdiyi kimi, “İTV-nin şərhçi tapmaqda çətinlik çəkməsi” uydurması ilə heç bir əlaqəsi yoxdur”.

0
18