İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

“Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susaya ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

0
46