Bakı və Moskva qarşılıqlı fəaliyyəti müzakirə etdilər

Bakı və Moskva qarşılıqlı fəaliyyəti müzakirə etdilər

Tərəflər Azərbaycan-Rusiya münasibətlərinin bir sıra aktual məsələrini müzakirə ediblər.

Azərbaycan, Rusiya və İran arasında üçtərəfli qarşılıqlı fəaliyyət Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov ilə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinin görüşündə müzakirə edilib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya XİN məlumat yayıb.

“Azərbaycan-Rusiya-İran üçtərəfli formatda qarşılıqlı fəaliyyətin problematikası, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin bir sıra aktual məsələləri müzakirə edilib”, - məlumatda deyilir. 

0
22