DİN-dən əməliyyat: 695 ədəd çətənə kolu aşkarlandı

DİN-dən əməliyyat: 695 ədəd çətənə kolu aşkarlandı

Tutulanlar var.

DİN əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülüb.

Oxu.Az xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçala qəsəbə sakini Elşad İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. E.İmanov tutulub.

Digər əməliyyat Şəkidə keçirilib. Şəki ŞRPŞ əməkdaşları tərədindən Baş Küngüt kəndi ərazisindən yabanı halda bitmiş 557 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. 

Salyanda da oxşar hadisə baş verib. Belə ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçala qəsəbə sakini Xəqani Əhmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. X.Əhmədov tutulub.

Daha bir əməliyyat Şirvanda keçirilib. Şirvan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qanbayevin evinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif Sultanova məxsus həyətyanı sahədən 93 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

0
39