Boşanmaqlarını stripriz klubda qeyd etdilər – FOTO

Boşanmaqlarını stripriz klubda qeyd etdilər – FOTO

“Ərin səni buna görə atdı”.

32 yaşlı ABŞ-lı aktrisa və model Amber Rose ilə 28 yaşlı hip-hop ulduzu Wiz Khalifa boşanıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ulduzlar boşanma qərarını striptiz klubda qeyd edib.

Cütlüyün 3 yaşında Sebastian adında bir oğlu da var.

Amber Rose boşanma haqqında qərara görə, Khalifadan 1 milyon dollar maddi təzminatla bərabər, oğlu Sebastianın baxımı üçün ayda 14 min 800 dollar aliment də alacaq.

A.Rose boşandıqdan verdiyi açıqlamada isə bunları deyib:

“Evlilik asan bir şey deyil. Əslində bir-birimizi hələ də sevirik. Amma bundan sonra valideyn olaraq bir-birimizə kömək edəcəyik. Əlbəttə, oğlumuz üçün mənim evimə də gələcək, mən də onun evinə gedəcəyəm”.

“Wiz hər gün bir klubda müxtəlif qadınlarla birlikdə göründükdə, heç kim heç nə demir. Ancaq məni bir kişi ilə görüntülənəndə, dərhal haqqımda “sən necə anasan?”, “ərin səni buna görə atdı” kimi  sözlər dolaşır.

Mənim yaşamağa haqqım yoxdur? Hər kəsə “yanımda gördüyünüz hər adamla birlikdə olmuram” deməkdən bezmişdim. Artıq tənhayam, nə istəyirəm onu da edəcəyəm”,-deyə Amber sözlərinə əlavə edib.

Aytən Sadıqzadə

0
41