Şirvanda Türkiyə vətəndaşına hücum edən şəxslər saxlanıldı

Şirvanda Türkiyə vətəndaşına hücum edən şəxslər saxlanıldı

Sedrettin Akkurtu döyüb 54 min manatını aparıblar.

Şirvanda Türkiyə vətəndaşını ağır yaralayaraq, qarət edən şəxslər saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, aprelin 3-nə keçən gecə "Galaksi" şirkətinin rəhbəri olan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Sedrettin Akkurt idarə etdiyi "Toyota" markalı 90 UJ 559 dövlət nömrə nişanlı avtomobili idarə edərkən quldur basqınına məruz qalıb.

Avtomobili idarə edərkən qarşısında velisopedçinin yıxıldığını görüb avtomobili saxlayaraq ona kömək etmək istəyən zaman arxadan onun başına təkər açarı ilə bir neçə dəfə zərbə endirilib və o, huşunu itirərək yerə yıxılıb. Bu zaman ona hücum edən şəxslər avtomobili qaçırıblar.

Bir müddət sonra avtomobil Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında qəzaya uğramış vəziyyətdə tapılıb. Avtomobildə olan 54 min manat pul da yoxa çıxıb. S.Akkurt ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinə kəllə-beyin travması diaqnozu ilə yerləşdirilən iş adamının başına çoxsaylı tikişlər qoyulub.

Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədənlərin tutulması istiqamətində aparılan əməliyyata-axtarış tədbirləri nəticəsində iş adamına hücum edən şəxslərin Şirvan şəhər sakinləri, 1983-ci il təvəllüdlü Mirzəyev Ayət Əhmədağa oğlu və əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Əhmədov Natiq Elman oğlu olduğu məlum olub. Adı çəkilən şəxslər polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onlar barəsində 8 aprel tarixində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qəti imkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, velosipedi idarə edən şəxs Natiq Əhmədov və Ayət Mirzəyev törətdikləri cinayəti qabaqcadan planlaşdırıblar.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə:
0
18