Kseniya Sobçak təyyarədə qalmaqal yaratdı – VİDEO

Kseniya Sobçak təyyarədə qalmaqal yaratdı – VİDEO

Teleaparıcı ona təyyarədən çıxmağa icazə verməyi tələb edib.

Məşhur rusiyalı televiziya aparıcısı Kseniya Sobçak təyyarədə qalmaqal yaradıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Life” portalı məlumat yayıb.

Televiziya aparıcısı ona təyyarədən çıxmağa icazə verməyi tələb edib. Təyyarə Moskvadan Sankt-Peterburqa uçmalı idi.

Portalın məlumatına görə, Sobçak təyyarədə stüardessa ilə mübahisəyə oturma talonu olmayan sərnişinin təyyarəyə buraxılmadığı üçün başlayıb.

Stüradessanın sözlərinə görə, sərnişin oturma talonunu göstərməkdən imtina edib, onun talonu itirdiyi ehtimal edilir. Sərnişinlə vəziyyətə aydınlıq gətirmək üçün 40 dəqiqə vaxt sərf edilib.

Teleaparıcı heyətin davranışına və uçuşun ləngiməsinə qəzəblənərək təyyarədən enmək istəyib.

Bununla yanaşı, Sobçakı stüardessanın sırf təlimatlar üzrə hərəkət etməsinə dair izahı qəbul etməyib.

0
19