Azərbaycan və Rusiya Samur çayı üzərində körpü tikəcək

Azərbaycan və Rusiya Samur çayı üzərində körpü tikəcək

“Hazırda sərhədçilər sadələşdirilmiş proseduru müəyyənləşdiriblər”.

Azərbaycan və Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün inşasına bu il başlanacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, cümə günü Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristov bildirib. 

“Biz bütün planlar üzrə artıq bu il tikintiyə başlamalıyıq”, - Aristov deyib. 

O, layihənin məbləğini açıqlamayaraq bunun kommersiya sirri olduğunu bildirib.

“Əgər maliyyə planında hər şey yaxşı olarsa, hər şey alınacaq, o zaman biz tikintini 2017-ci ildə başa çatdıra bilərik”, - Aristov vurğulayıb. 

Onun sözlərinə görə, proseduru ləngidən əsas məqam “maliyyə deyil, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında inşaat materiallarının daşınması, işçilərin yerləşdirilməsinə dair razılaşmalar” idi. 

“Hazırda sərhədçilər həm Azərbaycan, həm də Rusiya tərəfindən orada işləyənlər materialların gətirilməsi üçün sadələşdirilmiş proseduru müəyyənləşdiriblər. Bütün bunlar maneəsiz həyata keçiriləcək”, - Rusiya nəqliyyat nazirinin müavini bildirib. 

0
11