Əməliyyat olunan aparıcı danışdı

Əməliyyat olunan aparıcı danışdı

“Bir müddət ağrıların olması təbiidir”.

Xəbər verdiyimiz kimi, İTV-nin aparıcısı Azər Süleymanlı əməliyyat olunub.

Oxu.Az-ın əməkdaşı teleaparıcının səhhəti ilə maraqlanıb.

Əməliyyat olunmağının səbəbini açıqlamaq istəməyən Azər Süleymanlı artıq evə yazıldığını bildirib:

“Önəmli olan bu mərhələni arxada qoymağımdır. Artıq evə buraxıldım. Çox şükür, özümü normal hiss edirəm. Bir müddət ağrıların olması isə təbiidir. Sizə, eləcə də, sevgisini, şəfa diləyini əsirgəməyənlərə çox təşəkkür edirəm. İnsanlardan bu günlərdə gördüyüm münasibət, diqqət yaşadığım ağrıdan qat-qat artıq oldu”.

Aytən Sadıqzadə

0
10