Sergey Lazarev konsert zamanı çuxura düşdü – VİDEO

Sergey Lazarev konsert zamanı çuxura düşdü – VİDEO

“Zallarda orkestr çuxurlarını “sevirəm””.

Rusiyanı “Eurovision-2016”da təmsil edən Sergey Lazarev Instagram səhifəsində Lipetskdə konset zamanı orekstr çuxuruna yıxılması videosunu paylaşıb.

Oxu.Az xəbər verir ki, müğənni “zallarda orkestr çuxurlarını “sevirəm”... Amma bu nə vaxt sevimli tamaşaçıya doğru gedən yolda maneə olub?” şərhini yazıb.

Xatırladaq ki, “Eurovision”un finalı mayın 14-də Stokholmda keçirilib. Müsabiqədə ukraynalı ifaçı Camala Krım tatarlarının deportasiyası haqqında “1944” adlı mahnısı ilə qələbə çalıb. Tamaşaçı səsverməsinin favoriti olan Sergey Lazarev üçüncü yeri tutub. İkinci yerdə isə avstraliyalı müğənni Demi İm qərarlaşıb.

0
19