Azərbaycana gələcək Britaniya vətəndaşlarına – XƏBƏRDARLIQ

Azərbaycana gələcək Britaniya vətəndaşlarına – XƏBƏRDARLIQ

“Dağlıq Qarabağa səfər edən hər kəsə Azərbaycana getmək qadağan olunacaq”.

Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran Pri yarışlarını izləmək istəyən ölkə vətəndaşları üçün yayılmış xəbərdarlığında bildirilir.

Xəbərdarlıqda qeyd olunub ki, Azərbaycan tərəfini əvvəlcədən məlumatlandırmadan Dağlıq Qarabağa səfər edən hər kəsə Azərbaycana getmək qadağan olunacaq.

Məlumatda vurğulanıb ki, hər il Azərbaycana 7 minə yaxın Böyük Britaniya vətəndaşı səfər edir. 

0
14