Havalar nə vaxt düzələcək? - Nazirlik cavab verir

Havalar nə vaxt düzələcək? - Nazirlik cavab verir

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə növbəti dəfə xəbərdarlıq edib.

Departamentdən Oxu.Az-a verilən məlumata görə, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək.

Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

0
25