İTV-nin aparıcısı əməliyyat olundu – FOTO

İTV-nin aparıcısı əməliyyat olundu – FOTO

“Hər kəlmə, hər şəfa diləyiniz ağrılarıma bir ilacdır”.

İTV-nin aparıcısı Azər Süleymanlı əməliyyat olunub. 

Oxu.Az xəbər verir ki, aparıcı bu haqda sosial şəbəkədə özü məlumat verib.

“Saysız zənglərinizi, mesajlarınızı, şərhlərinizi cavablandıra bilmirəm, üzrlü sayın. Buna fiziki gücüm yetmir. Amma özümü bir neçə saniyə normal hiss edən kimi tez yazdıqlarınızı oxuyuram. Hər kəlmə, hər şəfa diləyiniz ağrılarıma bir ilacdır.

Əməliyyat olunmuşam, indi şükür salamatam. Allah bütün diləklərinizə, sevginizə, diqqətinizə görə sizdən razı olsun”,- deyə Süleymanlı şərh yazıb.

0
57