İtkin düşən hərbçilərin axtarışına başlandı

İtkin düşən hərbçilərin axtarışına başlandı

Azərbaycanın itkin düşdüyü iddia edilən hərbçilərinin axtarışlarına başlanılıb. Bu barədə məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından ANS PRESS-ə verilib.

Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanılıb.

Komitədən onu da bildirdilər ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.

Allahdan vətəndaşlarımıza səbr diləyirik.

0
51