İvana Sərt: Müsəlman olmadım, amma namaz qılıram – FOTO

İvana Sərt: Müsəlman olmadım, amma namaz qılıram – FOTO

“Tez-tez məscidə də gedirəm”.

Türkiyədə yaşayıb fəaliyyət göstərən məşhur serbiyalı model İvana Sərt ötən gün qatıldığı bir iftar yeməyində maraq doğuran açıqlama verib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, müsəlman olmadığını, lakin namaz qıldığını söyləyib.

“Müsəlman olmadım, amma namaz qılıram. Çünki dinclik tapıram. Tez-tez məscidə də gedirəm. Dua edilən məkanların enerjisi mənə çox yaxşı təsir edir”,- deyə İvana Sərt bildirib.

Aytən Sadıqzadə

0
83