26 yaşlı model 62 yaşlı milyarderə ərə getdi – FOTO

26 yaşlı model 62 yaşlı milyarderə ərə getdi – FOTO

Əri ona lüks avtomobil, ləl-cəvahirat kimi bahalı hədiyyələr edir.

Castin Biberin “What Do You Mean” klipində rol aldıqdan sonra daha da populyarlaşan 26 yaşlı model Xenia Deli 62 yaşlı misirli milyarder iş adamı Ossama Fathi Rabah Al-Shariflə ailə qurub.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, atası türk, anası moldovalı olan model bir neçə il əvvəl “Playboy”un üz qabığında yer alıb və “Victoria's Secret” üçün modellik edib.

Xenia Deli tez-tez İnstagram hesabında milyarder həyat yoldaşıyla birgə yeni şəkillərini paylaşır.

Məşhur model əri tərəfindən evlilik hədiyyəsi olaraq lüks avtomobil, ləl-cəvahirat kimi bahalı hədiyyələr qəbul edir.

Aytən Sadıqzadə

0
16