Daha bir əcnəbi Azərbaycandan üzr istədi

Daha bir əcnəbi Azərbaycandan üzr istədi

Onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Litva Respublikasının vətəndaşı, Litvanın Jurnalistlər İttifaqının sədr müavini, “Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, məktubunda A.Antanaitis cari ilin 07-10 may tarixlərində operator Arunas Sartanaviçyus ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qeyri-qanuni səfər etdiyini və səfər barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edərək, səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis, ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib.

A.Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. 

0
14