Polis bu gənci axtarır – FOTO

Polis bu gənci axtarır – FOTO

Nigaran qalan valideynlər polis şöbəsinə müraciət edib.

Qazaxın Daş Salahlı kənd sakini itkin düşüb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, 26 yaşlı Amil Nəsibov bu ilin fevral ayında işləmək məqsədi ilə Bakıya gəlib.

Bir müddət paytaxda qalan gənc sonuncu dəfə martın 23-də gizli nömrədən atası Rəsul Nəsibova zəng edib. O atasına bildirib ki, “ya sabah, ya da birisi gün gələcəyəm rayona, gedərik Türkiyəyə işləməyə”.

Bu, onun təqribən 3 ay öncə söylədiyi son sözlər olub. O tarixdən bu günə qədər Amil valideynləri ilə əlaqə saxlamayıb. Nigaran qalan ata-ana Qazax rayon Polis şöbəsinə müraciət edib.

Hazırda Amil Nəsibovun axtarışları davam edir. Ailə üzvləri övladlarını görənlərdən 055-443-30-84 nömrəli telefona məlumat verilməsini xahiş edirlər.

0
26