Uşaqlar altdan, böyüklər üstdən keçməlidir – VİDEO

Uşaqlar altdan, böyüklər üstdən keçməlidir – VİDEO

Ev sahibi həyət qapısının yerini dəyişdirib.

Qax rayonunun 28 may küçəsi, ev 10-da yaşayan Fərrux adlı sakin iki ilə yaxındır ki, həyətə girib-çıxmalarının çətin olduğundan şikayət edir.

 Region TV-yə istinadən xəbər verir ki, evdə iki ailə və bu ailələrin birində beş, digərində isə dörd nəfər yaşayır. Həmin ailə üzvləri qaz borusunun üstündən atlayıb keçmək məcburiyyətində qalırlar. Bunun səbəbi isə borunun hündür olmasıdır.

Ev sahibinin sözlərinə görə borunun dəyişdirilməsi üçün tələb olunan məbləği ödəmək imkanı yoxdur.

Məsələylə bağlı Zaqatala Qaz İstismar İdarəsindən bildiriblər ki, ev sahibi Fərrux Hacıyev həyət qapısının yerini özü dəyişdirdiyi üçün bu problem yaranıb. 

Məsələ görüləcək işlərin dəyəri yəni 220 manat məbləğindəki pul ödəndikdən sonra həll oluna bilər. Bir sözlə, ailənin maddi imkanı yaxşılaşana kimi böyüklər qaz turbasının üstündən, balacalar isə altından keçməli olacaqlar.

0
18