Naməlum şəxs ticarət mərkəzində insanlara hücum etdi: 3 yaralı

Naməlum şəxs ticarət mərkəzində insanlara hücum etdi: 3 yaralı

Avstraliyanın Sidney şəhəri yaxınlığında naməlum şəxs ticarət mərkəzində insanlara hücum edərək 3 nəfərə bıçaq xəsarəti yetirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Westfield” ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə gələn polis atəş açaraq cinayətkarı zərərsizləşdirib. Hazırda onun xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.

“Sky News” telekanalı insident nəticəsində 4 nəfərin xəsarət aldığı barədə məlumat yayıb. Cinayətkarın hərəkətinin motivi hələ ki,  bəlli deyil.

0
17