Ebru: "Məni vuracağından qorxub, ayrıldım"

Ebru: "Məni vuracağından qorxub, ayrıldım"

Türkiyəli müğənni Ebru Polat maqazin proqramına telefonla bağlanaraq sevgilisindən ayrılmağının səbəbini açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisindən psixoloji zorakılıq gördüyünü qeyd edən müğənni, "Çox qısqanc idi. Telefonumu məndən xəbərsiz izləyirdi. Tapdığı ən xırda mesajı söz edirdi. Bunları görüncə, ondan ayrıldım" deyə, bildirib.

Müğənni sözünün davamında qeyd edib ki, sevgi münasibətləri yeni başlayanda qısqanclıq hiss etmədiyi üçün, ortaya problemlər çıxmırdı.

Zamanla dəyişən müğənninin sevgilisi ayrılmaları üçün zəmin yaradıb:

"Hətta qısqanclıq üzündən məni vuracağını düşünürdüm. Vursaydı, cavabın alacaqdı. Ayrılmaqla, ən doğru qərar verdiyimi düşünürəm".

0
14