ABŞ-da təyyarə qəzası: ölən və xəsarət alan var

ABŞ-da təyyarə qəzası: ölən və xəsarət alan var

ABŞ-ın Arkanzas ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alıb.

İnsident Cefferson dairəsində yerli vaxtla saat 17:00-da qeydə alınıb.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.

0
14