Tel-Əvivdə terror: 3 ölü, 4 yaralı

Tel-Əvivdə terror: 3 ölü, 4 yaralı


Tel-Əvivdə Israil müdafiə nazirliyi binasının yaxınlığında yerləşən “Sorona” ticarət mərkəzində atışma olub.

APA-nın “Times of Israel”-ə istinadən verdiyi məlumata görə, insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar 2 nəfərin saxlanıldığı, daha bir nəfərin isə polis tərəfindən güllələndiyi bildirilir.

“Biz bunun terror aktı olduğunu artıq təsdiqləyə bilərik”, deyə Tel-Əviv polisinin nümayəndəsi Miki Rozenfeld bildirib.

0
15