Kənddə gəzən söz-söhbətlərə görə bacısını öldürdü - TƏFƏRRÜATLAR

Kənddə gəzən söz-söhbətlərə görə bacısını öldürdü - TƏFƏRRÜATLAR

Həsənov polis tərəfindən saxlanılıb.

Bu gün axşam radələrində Samuxun Hacıalılı kəndində törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 32 yaşlı kənd sakini Cavad Həsənov 1986-cı il təvəllüdlü bacısı Gülnarə Həsənovanı övladının gözləri qarşısında öldürüb və qətli törədərkən sərxoş vəziyyətdə olub.

Onların yaxınlarının dediyinə görə, bacı və qardaş arasında dəfələrlə mübahisə olub. C.Həsənov boşanmış bacısı haqqında kənddə gəzən söz-söhbətlərə görə, hətta aylardı bacısı ilə küskün olub. 

Yaxınları oğlana şayiələrin yalan olduğunu, onlara inanmamasını desələr də, o, yenə öz bacısına qarşı düşmənçilik edib və bacısına qarşı sonuncu hərəkəti də onu qətlə yetirmək olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baş vermiş qətllə bağlı istintaq işləri aparılır.

Xatırladaq ki, iyunun 8-də saat 19 radələrində rayonun Hacıalılı kəndində Cavad Həsənov bacısı Gülnarə Həsənovanın yaşadığı evə gedib və orada onun başını kəsib. Öz bacısını qısqanclıq zəminində qətlə yetirən C.Həsənov polis tərəfindən saxlanılıb.

0
22