Türkiyə Rusiyadan sübutlar tələb etdi

Türkiyə Rusiyadan sübutlar tələb etdi

“Rusiya Türkiyəni ləkələyir”.

Rəsmi Ankara Moskvadan Türkiyənin Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərini silahlandırmasına dair sübutlar tələb edib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Ötən gün Suriya ərazisində müharibə aparan tərəflərin barışıq Mərkəzinin rusiyalı nümayəndəsi bəyan edib ki, Hələbin şimal-şərqində Türkiyə ilə sərhəddə silah və sürsat daşıyan yük avtomobilləri qeydə alınıb.

“Rusiya Türkiyəni ləkələyir. Sübut etsinlər ki, Türkiyə İŞİD döyüşçülərini silahlandırır”, - Kalın deyib.

0
24