Sarı şalvar geyindi, 6 ay futboldan uzaqlaşdırıldı

Sarı şalvar geyindi, 6 ay futboldan uzaqlaşdırıldı

İranlı futbolçu Soşa Makani 6 ay futboldan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun sarı şalvar geyinməsi və şəkil çəkdirib sosial şəbəkədə paylaşmasıdır.

İran Futbol Federasiyasının Etika Komitəsi cəmiyyət içində uyğunsuz geyimdə gəzdiyinə, şəkil paylaşdığına görə Makaniyi cəzalandırıb.

Qeyd edək ki, eyni futbolçu bir müddət əvvəl çarşabsız qızla şəkil paylaşdığı üçün  həbs olunmuşdu.

0
19