Neft kəskin bahalaşdı

Neft kəskin bahalaşdı

Hərracların nəticələri.

Dünya bazarlarında neftin qiyməti ABŞ-ın yanacaq ehtiyyatlarının azalması barədə məlumatlar fonunda bahalaşmaqda davam edir.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,91 dollar artaraq bir barelə görə 52,35 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,76 dollar bahalaşaraq 51,12 dollar təşkil edib.

0
13