Tərtərdə raket hissələri tapılıb - FOTO

Tərtərdə raket hissələri tapılıb - FOTO

ANAMA məlumat yaydı.

Tərtər rayonunda növbəti dəfə raket hissələri aşkar edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 30 000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 6000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 15 000 kv.m ərazi yoxlanılıb.

İyunun 8-də 5 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 12 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 51 000 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 8 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 590 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 509 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

0
20