Ölü qadın dünyaya uşaq gətirdi

Ölü qadın dünyaya uşaq gətirdi

37 yaşlı qadının beyninin fəaliyyətinin dayanması bu ilin fevralında qeydə alınıb.

Lissabon xəstəxanasında uşaq anasının beyninin ölməsinin qeydə alındığından 4 ay sonra dünyaya gəlib. 

Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, 37 yaşlı qadının beyninin fəliyyətinin dayanması bu ilin fevralında qeydə alınıb. Amma həkimlər dölün sağlam olması nəticəsinə gəliblər, bu səbəbdən də qadını qoşulduğu həyat təminedici sistemdən ayırmamaq qərarı qəbul edilib. 

Xəstəxananın etika üzrə komitəsi, eləcə də ailə üzvləri uşağı saxlamaq qərarına gəliblər. Xəstəxana nümayəndələri bildiriblər ki, 2,35 kq çəkisi olan oğlan uşağı qeysəriyyə əməliyyatı ilə 32 həftədə dünayaya gəlib. 

Portuqaliyanın Akuşerlər cəmiyyətinin rəhbəri Luis Qrasa qeyd edib ki, bu doğuş qeyri-adi qəhrəmanlıqdır. 

0
14