“Yalan illüziyası 2”nin dünya premyerasından öncə nümayişi baş tutdu – FOTO + VİDEO

“Yalan illüziyası 2”nin dünya premyerasından öncə nümayişi baş tutdu – FOTO + VİDEO

Filmdən öncə qonaqları sürpriz gözləyirdi.

Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda dünya premyerasından 3 gün əvvəl, ən çox gözlənilən “Yalan illüziyası 2” filminin qapalı premyera öncəsi nümayişini keçirdi.

Foye filmin üslubunda bəzədilib: hər yerdə kartlar, pullar, sirli sandıqlar və seyflər var idi. Filmdən öncə qonaqları sürpriz gözləyirdi – dəvət olunmuş sehirbaz öz bacarıqlarından bir neçəsini nümayiş etdirdi. Həmçinin hədiyyəli müsabiqələr keçirildi.Həmin gecənin qonaqları şou- biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri oldular.

Filmin nümayişindən öncə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə tədbir iştirakçılarını “CinemaPlus”un fəaliyyətinin genişləndirilməsinin əsas istiqamətləri haqqında məlumat verdi.

0
29