“AvtoVAZ” Azərbaycanda avtomobil yığacaq

“AvtoVAZ” Azərbaycanda avtomobil yığacaq

“Yol xəritəsi” layihəsi hazırlanır.

Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Iran Khodro” zavodunda “Lada”nın 3 modelinin yığılmasını təmin edəcək.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, 2020-ci ilə qədər “KamAZ”, QAZ, UAZ və “AvtoVAZ” İran ilə miqyaslı ticarətə başlamağı planlaşdırır. 

Rusiya və İran hökuməti artıq “yol xəritəsi” layihəsini hazırlayırlar, burada avtoprom da daxil olmaqla birgə layihələr əks olunacaq. 

Rusiya Ticarət və Sənaye Nazirliyi qeyd edir ki, “AvtoVAZ”  Azərbaycanda “Iran Khodro” zavodunda “Lada Granta”, “Lada Kalina” və “Lada Priora”nın buraxılışını təmin edəcək. 

0
17