Azad Rəhimov: Ən parlaq ideyalar İlham Əliyevin ağlına gəlir

Azad Rəhimov: Ən parlaq ideyalar İlham Əliyevin ağlına gəlir

“Dünya xəritəsində yeni meydana gələn ölkələr üçün öz mövqelərini təsdiqləmək vacibdir”.

Bakıda “Formula-1” mərhələsinin keçirilməsi ideyası Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur. 

Oxu.Az xəbər verir ki,  “Sovetski sport” nəşrinə verdiyi müsahibəsində bildirib.

“Dünya xəritəsində yeni meydana gələn ölkələr üçün özlərini təsdiqləmək vacibdir. Mən hesab edirəm ki, biz buna Şahmat olimpiadasından başlamış Güləş üzrə dünya çempionatına, Avropa Oyunlarından “Formula-1”ə, futbol üzrə gənclər arasında Avropa çempionatından İslam Oyunlarına qədər müxtəlif idman yarışları keçirməyimizlə nail olacağıq.

Düzünü desəm, “Formula-1” yarışlarının keçirilməsi ideyası birinci bizim ölkəmizin prezidentinin ağlına gəlib. O, həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Əslində bütün işıqlı ideyalar onun ağlına gəlir.

Biz Avropa Oyunlarına hazırlıq görərkən paralel olaraq “Formula-1” yarışları ilə bağlı da danışıqlara başladıq. O vaxt Monte-Karloda yarış gedirdi. Yəqin prezident televizorda həmin yarışlara baxıb, bununla eyni vaxtda promouterlərdən biri Flavioa Briatorla görüş baş tutub. Fikrimcə, hər şey buradan başlayıb. Lakin təfərrüatları bilmirəm”, - A.Rəhimov deyib. 

0
21