Balakəndə faciə: Avtomobil 6 yaşlı oğlanın üstündən keçdi

Balakəndə faciə: Avtomobil 6 yaşlı oğlanın üstündən keçdi

Sadiq hadisə yerində ölüb.

Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.

Oxu.Az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

“Mercedes Vita” markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.

Xəstəxanadan bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır

0
19