Lavrov Xəzərin statusuna dair Konvensiya üzərində işin yekunlaşacağı tarixi açıqladı

Lavrov Xəzərin statusuna dair Konvensiya üzərində işin yekunlaşacağı tarixi açıqladı

"İrəliləyiş davam edir".

"Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması davam edir".

Oxu.Az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey LavrovTASS agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Xəzərlə bağlı hərtərəfli sənədin imzalanmasının perspektivləri Xəzəryanı dövlət başçılarının ilyarım öncə Həştərxanda keçirilmiş sammitində müəyyən edilib.

"Növbəti sammit Astanada keçiriləcək. Hesab edirəm ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya üzərində uzunmüddətli işi bu sammitdə başa çatdıracağıq. İrəliləyiş davam edir. Uzun illərdir ki, mübahisəli qalan bir sıra məsələlərin ekspertlər səviyyəsində həlli gözlənilir.

Detallara varmadan deyə bilərəm ki, iki və ya üç həll edilməmiş vacib məsələ qalır. Ekspertlər səviyyəsində növbəti görüş keçiriləcək, sonra isə yayda "Xəzər beşliyi"nin xarici işlər nazirlərinin toplantısı olacaq. Həmin zaman sammitin keçirilməsi və konvensiyanın imzalanması üçün nə qədər vaxt lazım olacağını anlaya biləcəyik", - deyə S.Lavrov əlavə edib.

Mənbə:
0
24