Miloş Zeman Əliyev və Sarkisyana Praqada görüşməyi təklif etdi

Miloş Zeman Əliyev və Sarkisyana Praqada görüşməyi təklif etdi

“Ümidvaram ki, Azərbaycan və Ermənistan düşmənçiliyin öhdəsindən gəlməyi bacaracaqlar”.

Çexiya prezidenti Miloş Zeman Azərbaycan və Ermənistan prezidentlərinə 2002-ci və 2004-cü ildə olduğu kimi Praqada görüşməyi təklif edib. 

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Çexiya prezidenti bu barədə Ermənistan prezidenti Serj Sarkisyan ilə görüş zamanı bəyan edib.

Zeman Azərbaycan və Ermənistan prezidentlərinin konsensusa gələcəklərinə və Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olacaqlarına ümidvar olduğunu bildirib.

“Ermənistana səfərə qədər mən Azərbaycanda olmuşam. Mənim bəyanatlarım və mövqeyim harada olmağımdan asılı olmayaraq, dəyişməz olaraq qalır. Mən İlham Əliyevə Fransa və Almaniya arasındakı düşmənçiliyi xatırlatdım, bu ölkələr düşmənçiliyin öhdəsindən gəlməyi bacardılar. Ümidvaram ki, Azərbaycan və Ermənistan düşmənçiliyin öhdəsindən gəlməyi bacaracaqlar”, - o, sözünü yekunlaşdırıb. 

0
20